TG Telegram Group & Channel
Dini Videolar ﷲ🖤³¹³ | United States America (US)
Create: Update:

BİLİRSİNİZMİ? 😍

RAMAZAN AYI NİYƏ BELƏ ADLANIB?
🤔

“Ramazan” - ərəb sözüdür və mənası yandırmaq deməkdir. “Ramazan” - günəşin qumların üzərinə nur saçması kimi mənalandırılır. Müsəlman ayları içərisində isə Ramazan ayı hicri ayının doqquzuncu ayının adıdır. Bu ayda müsəlmanlar Allahın əmri ilə oruc tutarlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayını ona görə ramazan adlandırırlar ki, bu ayda insanların günahları yandırılar”.

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Ramazan - Allahın adlarındandır”.

İmam Sadiq (ə) buyurur: “Ramazan ayı yaxşı aydır və bu ay Peyğəmbərin (s) zamanında bərəkətli ay adlandırıldı”.

İslam dinində bu ayın xüsusi əhəmiyyəti vardır. Din alimləri, Məsumlarımız (ə) bu aya xüsusi diqqət göstəriblər. Bu ay rəhmət, bağışlanma, bərəkət və İlahi qonaqlıq ayıdır.

Mübarək Ramazan ayı Qurani-Kərimin Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olduğu aydır. Ramazan ayı - Quranın baharıdır. İmam Baqir (ə) buyurur: “Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır”.

Ramazan ayı tövbələrin qəbul olunduğu, günahların bağışlandığı aydır. Hər il bu ay gəlib çatan zaman günahkarların qəlbində ümid günəşi yanmağa başlayar və onlar əfv olmağa ümid edərlər. Allahla görüşər və barışarlar. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı başqa aylar kimi deyildir. Bu, elə aydır ki, gələn zaman bərəkət və rəhməti də onunla olar. O zaman ki, gedər, günahların bağışlanması ardınca olar”.

🌙Kanalımızın Linki:
@ruhumungundeliyi

Kanaldan paylaşım götürəndə İmam Zaman (ə.f) bir salavat hədiyyə etsəniz sevinərik❤️

>>Click here to continue<<

Dini Videolar ﷲ🖤³¹³

Share with your best friend
VIEW MORE

United States America Popular Telegram Group (US)