TG Telegram Group & Channel
NURUS_SƏQƏLEYN_313 | United States America (US)
Create: Update:

📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?!)

VADİUS-SALAM

ARDI
➡️ Sonra yemək gətirdilər. Yedik-içdik, sonra da mütəkkələrə söykəndik.
Dedim: "Məlum olur ki, sən buranın sakini deyilsən."
Dedi: "Bəli, mən səni qarşılamağa gəlmişəm ki, burada bir az istirahət edəsən. Bu xeyməni və içərisində olan əşyaları mən gətirmişəm. Hətta bu dağların zirvəsində və ətəyində görünən xeymələrin sakinlərinin hamısı öz qonaqlarını qarşılamağa gələnlərdir. Bu bağ-bağçalı və yaşıl məkanların hamısı qonaqlara aiddir. Bu mehmanxanalar Allahındır. Sən buradan gedəndən sonra mən də öz mənzilimə qayıdacağam.
Dedim: "Mən bu xeymə və bağların arasında, çayların kənarında gəzib buranın ləzzətlərindən xəbərdar olmaq istəyirəm. Bəlkə də, burada öz növümdən olan bir dost tapdım."
Dedi: "Burada ürəyin istəyən qədər azadlıq var, amma xeyməyə daxil olmaq üçün icazə və salam lazımdır. Mən bura gələndə sizin böyük qızınızın xeyməsini gördüm. Sizinlə tanış olduğuma görə onun xeyməsinə gedib dost oldum. Əgər istəyirsinizsə ora gedin. Mən də sizinlə gələcəyəm."
Dedim: "Əlbəttə gedirəm!"
Ayağa durub onunla getdim. Xeyməyə çatdıqda salam verdim. O, mənim səsimi tanıyıb öz xidmətçiləri ilə birlikdə tələsərək xəymədən çıxdı. Biz bir-birimizlə
görüşüb Allahın nemətlərinə və sonsuz rəhmətinə şükr edəndən sonra xeyməyə daxil olduq. O və rəfiqələri bir tərəfdə, mən və dostlarım isə cəvahirdən düzəldilmiş taxtın o biri tərəfində oturduq.
"Taxtlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər." ( Vaqiə 16)
Dedi: "Birinci mənzil və «həsəd» ərazisində bir az sıxıntı və çətinlik çəkdim. Demək olar ki, müsafirlərin çoxu bu cür, hətta bundan da çox çətinliklər çəkirlər. Bəzi məkanlarda başa düşürdüm ki, mənim xilas olmağımın səbəbi sənsən. Buna görə də sənə dua edirdim. Hətta bacım bu aləmin müsafiri olandan sonra və eləcə də sənin səfərin yaxınlaşdıqda Allahdan sizə şəfaət istədim. Həmçinin, Allahdan istədim ki, anam və digər bacılarım himayəsiz qalmasınlar."
Dedim: "Bu aləmin müsafiri olan bacından nə xəbərin vardır?"
Dedi: "Bacımı burada gördüm. O, əzəmət və gözəllikdə məndən üstün idi. Yol boyu hal-əhvalını soruşdum. O çətinlik görməmiş, piyada yol getməmişdir. Yalnız «Müsamihə» (əməllərin görməzdən gəlinməsi) ərazisini görmüşdür. Oranın özündən də rahatlıqla keçmişdir. Sanki qalan mənzillərdən «təyyul-ərz»lə ( teleportasiya) keçmişdir."
Dedim: "Onun bu müvəffəqiyyətinin sirri budur ki, dünyada cəmi on səkkiz il yaşadıqdan sonra bu aləmin
müsafiri olmuşdur. Bizim kimi öz yükünü ağır və işlərini çətinləşdirməyə macal tapmamışdır."...ardı var

hottg.com/Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊

>>Click here to continue<<

NURUS_SƏQƏLEYN_313

Share with your best friend
VIEW MORE

United States America Popular Telegram Group (US)