TG Telegram Group Link
Channel: DİN NƏSİHƏTDİR
Back to Bottom
(وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ)

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.

[سورة البقرة 155]
əl-Bəqərə 155.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim gözəl dəstəmaz alıb sonra cüməyə gələr, susar və (xütbəni) dinlərsə, növbəti cümə gününədək və əlavə üç gün onun günahları bağışlanar. Kim də (yerdə olan) çınqıl daşlara toxunarsa, artıq pis hərəkət etmiş sayılar.”

📚Muslim 857. Əbu Davud 1050.



https://hottg.com/DIN_NESIHETDIR
🌟İmran ibn Husayn (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, çoxlu həmd edənlər, Qiyamət günü Allahın ən fəzilətli qulları olacaqlar.”

📚Tabərani, mucamul kəbir 254. Albani, sahihul cami 1571. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Əsma bint Yəzid (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişdir:

“Sizə ən xeyirli olanlarınızı bildirimmi? Dedilər: “Bəli, ey Allahın Rəsulu.” O belə buyurdu: “Sizin ən xeyirliləriniz o kimsələrdir ki, görüldükləri zaman İzzət və Cəlal sahibi Allah xatırlanır.”

📚Əhməd 27601. İbn Macə 4119. Albani səhih liğeyrihi demişdir.



https://hottg.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Elə bir günlər yoxdur ki, saleh əməl o günlərdə bu on gündən (zilhiccənin ilk on günündən) Allaha daha sevimli olsun”. Dedilər: “Ey Allahın Rəsulu! Hətta Allah yolunda cihad da?” O, Dedi: “Hətta Allah yolunda cihad da! Yalnız o kəsdən başqa ki, canı və malıyla çıxır və heç biriylə geri qayıtmır.”

📚Buxari 926. Əbu Davud  2438. Tirmizi 757.



https://hottg.com/DIN_NESIHETDIR
🌟Ummu Sələmə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kimin (qurban) kəsəcək bir heyvanı varsa və Zulhiccə ayının hilalı yeniləndiyi vaxtdan qurbanını kəsincəyə qədər saçından və dırnaqlarından bir şey götürməsin.”¹

“Zulhiccənin hilalını gördünüzsə, və sizdən biriniz qurban kəsmək istəyirsə, saçından və dırnaqlarından götürməsin”.²

📚¹Muslim 1977. ¹Əbu Davud 2791. ²Tirmizi 1523. ²Nəsai 4363.



https://hottg.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Artıq zul-hiccə ayı girdi, zul-hiccənin doqquz gününün orucunu sabahdan tutmaq olar. Həmçinin qurban kəsməyə niyyəti olanlar indidən nə dırnaqlarından nə də saç və tüklərindən götürə bilməzlər.

Uca Allah hamımızı xeyir işləri görməyə müvəffəq etsin!
💫İbn Həcər (rahiməhullah) buyurmuşdur:

“Zulhiccənin ilk on günündə olan cümə günü, digər cümə günlərindən daha fəzilətlidir. Bu da, iki fəzilətin eyni vaxta cəm olduğuna görədir.”

📚Fəthul-Bari 2/460.



https://hottg.com/DIN_NESIHETDIR
🚩MÜJDƏ

📍Unutmayaq ki, Zulhiccənin ilk on günündəyik!

Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Elə bir təhlil (Lə iləhə illəllah) deyən yoxdur ki, müjdələnməsin, və elə bir təkbir (Allahu əkbər) deyən yoxdur ki, müjdələnməsin”. Soruşdular; Ey Allahın Rəsulu! Cənnətnənmi? O buyurdu: “Bəli”.

📚Tabərani, mucəmul-əvsat 7779. Albani, silsilə sahiha 1621. ((həsən)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Axsaqlığı aşkar bilinən axsaq, taygözlüyü aşkar bilinən taygöz, xəstəliyi aşkar bilinən xəstə və ayağı sınıq hansı ki, sümüyündə ilik olmayan (heyvanlardan) Qurban kəsilməz.”

📚Tirmizi 1497. İbn Hibban 5919. Albani, sahihul cami 886. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim qurbanlığının dərisini satarsa, onun qurbanı yoxdur.”

📚Hakim 3520. Albani, sahihul cami 6118. ((həsən)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qurban bayramında qurban kəsmək istədiyi vaxt yekə, kök, qoşabuynuz, qara qarışığı olan ağ rəngdə, axtalanmış iki qoç alırdı. Onların birini Allahın təkliyinə və özünün elçiliyinə (peyğəmbərliyinə) şahidlik edən ümmətinin adından, digərini isə özü və ailə üzvlərinin adından kəsirdi.”

📚Əhməd 25843. İbn Macə 3122. Albani səhih demişdir.



https://hottg.com/DIN_NESIHETDIR
🌟Aişə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ərəfə günü Allahın qullarını cəhənnəmdən ən çox azad etdiyi gündür.”

📚Muslim 1348. Nəsai 3003. İbn Macə 2458.



https://hottg.com/DIN_NESIHETDIR
Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Allahdan gözləyirəm ki, ərafa gününün orucu özündən bir il qabaq və bir il sonrakı günahlara kəffarədir.”

📚Muslim 1162. Tirmizi 749. İbn Macə 1416.



https://hottg.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Sabah iyunun 15 ərafa günüdür. Ərafa günü oruc tutmaq sünnədir.
Abdullah ibn Amr ibn As (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ən xeyirli dua ərafa günü edilən duadır. Mən və Məndən öncəki Peyğəmbərlərin dediyi ən xeyirli söz;
Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh, ləhul-mulku, va ləhul-həmdu, va huva alə kulli şey'in qadir.”

📚Malik 1270. Tirmizi 3585. Albani, səhih tərğib 1536. ((həsən)).



https://hottg.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Əziz müsəlmanlar sizi Qurban bayramı münasibətilə təbrik edirəm.
Bayramınız mübarək olsun.
Allah bizdən də sizdən də qəbul etsin!
🌟Abdullah ibn Qurt (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Allah qatında günlərin ən əzəmətlisi qurban günüdür, sonra isə, “qarr” günüdür. (zulhiccənin on birinci günü)”.

📚Əbu Davud 1765. İbn Xuzeymə 2866. Albani, sahihul cami 1064. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Nubeyşə əl-Huzəli (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Təşriq günləri (zulhiccənin 11,12,13) yemək içmək və Allahı zikr etmək günləridir.”

📚Muslim 1141. Nəsai 4241.



https://hottg.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
HTML Embed Code:
2024/06/26 04:56:54
Back to Top