TG Telegram Group Link
Channel: DİN NƏSİHƏTDİR
Back to Bottom
🌟Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Ramazan orucunu tutar, sonra da şəvvaldan altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar.”

📚Muslim 1164. Əbu Davud 2433. Tirmizi 759.



https://hottg.com/DIN_NESIHETDIR
Əbu Absə (radiyallahu anhu) Cümə namazına gedərkən demişdir: Mən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu eşitdim:

“Kimin ayaqları Allah yolunda toz-torpağa bulaşarsa, Allah ona Cəhənnəm odunu haram edər.”

📚Buxari 907. İbn Hibban 4605.



https://hottg.com/DIN_NESIHETDIR
💫Bişr əl-Həfi (rahiməhullah) belə buyurur:

“Allahın haqqını yalnız ramazanda tanıyan qövm necədə pis bir qövmdür. Həqiqətən, saleh kimsə (təkcə ramazanda deyil) bütün il boyu Allaha ibadət etməyə çalışan kimsədir.”

📚Lətaiful Məarif 222.



https://hottg.com/DIN_NESIHETDIR
💫İbn Rəcəb (rahiməhullah) belə buyurur:

“Ramazan orucundan sonra, yenidən oruca qayıtmaq, Ramazan orucunun qəbul olmasının əlamətidir. Çünki, Allah bəndənin əməlini qəbul etdikdə, o əməldən sonra ona başqa saleh əməllər etməyə müvəffəq edir.”

📚Lətaiful Məarif 221.



https://hottg.com/DIN_NESIHETDIR
Sovbən (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazan ayının bir ay orucu on ayın savabını gətirir və (şəvvalın) altı gün orucu isə iki ayın savabını gətirir ki, bu da bütün ilin orucudur.”

📚İbn Xuzeymə 2115. Albani, səhih tərğib 1007. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bəndə qəbrə qoyulduğu və yol­daşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini belə eşidir və hə­min anda onun yanına iki mələk gəlib onu otuzdurur və ondan soruşurlar ki: “Bu Muhəm­məd (salləllahu aleyhi və səlləm) deyilən adam haqqında nə deyə bilərsən?” O deyir: “Mən şa­hid­­lik edi­rəm ki, Mu­həmməd Allahın qulu və el­çisi­dir.” (On­da ona) deyirlər: “Cəhənnəm odundakı yerinə bax! Allah onun əvəzinə sə­nə Cənnətdə bir yer verdi". Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: “O adam hər iki yerini görür. Kafir və ya münafiqə gəl­dik­də isə, (verilən suala o belə) cavab verir: “Bilmirəm, mən insanların de­di­yi­ni deyir­dim.” (On­da ona) deyilir: “Sən (haqqı) başa düşməmisən və (Quran) oxu­mamısan!” Bundan sonra dəmir çəkiclə onun qulaqlarının arasına bir zərbə vu­rulur və o elə bağırır ki, cinlər və insanlar istisna olmaqla, yanında­kıların ha­mısı onun səsini eşidir.” 

📚Buxari 1338. Muslim 2870.



https://hottg.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Aprel ayının 22-23-24. Şaban ayının 13-14-15 günləri ağ günlərin orucudur. Bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:

“Səbir (Ramazan) ayı oruc tut və hər aydan üç gün oruc tut ki, bir il oruc tutmuş kimi olasan.”

📚Əhməd 7577. Nəsai 2408. Albani, silsilə sahiha 2633. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, bir kişi Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yanına gəlib deyir; Ey Allahın Rəsulu, insanların Allaha ən sevimli olanı? Və Allahın ən çox sevdiyi əməl hansıdır? Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İnsanların Allaha ən sevimlisi, digər insanlar üçün ən xeyirli olanıdır. Allaha ən sevimli əməl isə müsəlmanı sevindirməyin və ya çətin anında ona yardım etməyin və ya onun əvəzinə borcunu ödəməyin və ya ac ikən onu doyurmağındır. Həqiqətən, qardaşımın ehtiyac duyduğu şeydə onun yardımına gəlməyim, mənim üçün bir ay bu məsciddə (yəni Mədinə məscidində) etikafda qalmaqdan daha sevimlidir. Kim ki, qardaşına olan qəzəbini boğarsa, Allah onun eybini örtər. Kim də qardaşına olan hirsini, onu əməl etməyə qadir olduğu halda gizlədərsə, Allah Qiyamət günü, onun qəlbini razılıqla doldurar. Kim də qardaşının ehtiyac anında onun köməyinə gedərsə, Allah ayaqların sürüşəcəyi gün, onun qədəmlərini sabit edər.”

📚İbn Əbid-Dunyə, qadaul-haic 38. Tabərani, mu'cəmul-kəbir 13646. Albani, silsilə sahiha 906. ((həsən)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Ubadə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Uca Allah belə buyurdu:

“Mənim xatirimə bir-birini sevənlərə Mənim sev­­gim vacib oldu. Mənim xatirimə bir-biri ilə əlaqə saxlayanlara Mənim sevgim vacib ol­du. Mənim xatirimə bir-birinə nəsihət edənlərə Mənim sevgim vacib oldu. Mənim xati­ri­mə bir-birini ziyarət edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-bi­rinə yax­şılıq edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birini sevənlər Qiyamət gü­nü nurdan olan minbərlər üzərində duracaqlar. Peyğəmbərlər, siddiqlər və şəhidlər on­lara belə bir məqamda olduqlarına görə qibtə edəcəklər.”

📚Əhməd 22002. Albani, sahihul cami 4321. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
(وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا)

Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.

[سورة النساء 69]
ən-Nisə 69.
Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim heç bir zərurət olmadan ardıcıl üç cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər.”

📚Beyhəqi, sünənul kubra 5781. Albani, sahihul cami 6140. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Səad ibn Əbi Vaqqas (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“İnsanlar arasında ən çox sınağa çəkilən kəslər peyğəmbərlərdir. Sonra onlara oxşarlar və oxşarlar. Adam dininə görə sınağa çəki­lir. Və əgər dinində möhkəm olarsa, müsibətləri artar. Yox əgər zəif olarsa, onda dininə uyğun sınağa çəkilər. (Mömin bəndənin) günahları silinənədək bu müsibətlərin ona üz verməsi davam edər.”

📚Tirmizi 2398. Albani, silsilətus sahihə 143. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ ۗ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ)

Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin! Kafirlər isə zalımdırlar.

[سورة البقرة 254]
əl-Bəqərə 254.
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İn­san­lar­la ünsiyyətdə olub onların əziyyətlərinə səbir edən mömin, insanla­ra qaynayıb-qarışmayan və onların əziyyətlərinə dözməyən kim­sədən da­ha xeyirlidir.”

📚Əhməd 5022. İbn Macə 4032. Albani, silsilə sahiha 932. ((səhih)).



https://hottg.com/DIN_NESIHETDIR
🌟Ubeydullah ibn Mihsan əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim əmin-amanlıq içində, canı sağlam və ya­nın­da hə­min gü­nün yeməyi olduğu halda səhərə çıxmışsa, sanki ona bütün dünya verilmişdir.”

📚Tirmizi 2346. İbn Macə 4141. Albani, sahihul cami 6042. ((həsən)).



https://hottg.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir:

“Allah mənim ümmətimin qəlbindən keçən, lakin dilinə gətirmədiyi, ya­xud həyata keçir­mədiyi günahlarını bağışlayır.”

📚Buxari 2528. Muslim 127.



https://hottg.com/DIN_NESIHETDIR
Kim dünya və axirətdə Allahın yardımını istəyirsə bu hədisə əməl etsin!

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Kim qiyabında qardaşına yardım edərsə, Allah ona dünya və axirətdə yardım edər.”

📚Beyhəqi, sünənul-kubra 16685. Albani, sahihul cami 6574. ((həsən)).



https://hottg.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

May ayının 21-22-23. Zul-qadə ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟İbn Ömər (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə birlikdə idim. Ənsarlardan bir kişi gəlib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salam verdi sonra dedi: Ey Allahın Rəsulu! Hansı Mömin daha üstündür? O dedi: Əxlaqı ən gözəl olanı. O dedi: Hansı mömin daha ağıllıdır? O dedi: Ölümü ən çox xatırlayanı və ölümdən sonrakı (həyatı) üçün ən gözəl şəkildə hazırlananıdır. Onlar ən ağıllı olanlarıdır.”

📚İbn Macə 4259. Hakim 8743. Albani, səhih tərğib 3335. ((həsən)).



https://hottg.com/DIN_NESIHETDIR
HTML Embed Code:
2024/06/26 05:04:35
Back to Top